EvXəbərlərRonaldo barabanla şou göstərdi: Azarkeşlər isə…

Ronaldo barabanla şou göstərdi: Azarkeşlər isə…

Published on

spot_img

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandasının çempionluğundan sonra azarkeşlərin xüsusi istəyini yerinə yetirib.
Publika.az xəbər veirr ki, matçdan sonra tribunadakı azarkeşlər portuqaliyalı ulduza baraban uzadıblar. Ronaldo aləti qəbul edərək komanda yoldaşları və fanatlar qarşısında ona ritm tutmağa başlayıb.
Hər zərbədən sonra azarkeşlər məşhur “Siuu” şüarını səsləndiriblər və stadionda bayram ab-havası yaşanıb.
“Əl-Nəsr” 2025/26 mövsümündə Səudiyyə Ərəbistanı çempionatında 86 xal toplayaraq turnirin qalibi olub. Komanda tarixində 10-cu dəfə ölkə çempionu adına yiyələnib. Bu titul Kriştiano Ronaldonun 2022-ci ilin dekabrında kluba keçidindən sonra qazandığı ilk rəsmi kubok olub.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2023-cü ildə “Əl-Nəsr”lə Ərəb Çempionlar Kubokunu da qazanmışdı. Lakin həmin turnir rəsmi klub yarışı hesab edilmir.

Publika.az

Latest articles

More like this