Kriştiano Ronaldo yeni işə başlaya bilər.
BEY.AZ xəbər verir ki, “The Sun” qəzetinin məlumatına görə, 41 yaşlı hücumçu Britaniya futbolu haqqında dram serialında çəkilməyə razılıq verib.
Ronaldo serialda icraçı prodüser kimi çıxış edəcək, eyni zamanda serialda da rol alacaq. Çəkilişlər artıq başlayıb. Süjet Damian Luisin canlandırdığı uydurma futbol agenti üzərində qurulub.
Mənbə qeyd edir ki, layihədə daha bir futbol ulduzu Tyerri Anri də iştirak edəcək.
“Bu serial, çox güman ki, yayım platformaları arasında onu göstərmək hüquqları uğrunda mübarizəyə səbəb olacaq”, – mənbə bildirib.
Kriştiano Ronaldo ” Əl-Nəsr”də oynayır. Portuqaliyalı futbolçunun müqaviləsi 2026/2027 mövsümünün sonuna qədərdir.
