“Mançester Yunayted” in sabiq yarımmüdafiəçisi Anderson Kriştiano Ronaldo ilə birlikdə yaşadığı günlərdən danışıb.
Publika.az xəbər verir ki, braziliyalı futbolçu Rio Ferdinandın podkastına bildirib ki, portuqaliyalı hücumçu ona 2007-ci ildə “Portu”dan keçdiyi Mançester klubunda yerləşməyə kömək edib.
-Supermarketdə həmişə kömək etmək lazım idi. Öz-özümə deyərdim ki, sən də o oğlana kömək etməlisən.
– Ronaldo üçün supermarketə getməli idin?
– Bəli, getməliydim.
– Deməli, sən, Nani …
– Bir həftəlik ərzaq alış-verişinin pulunu ödəməliydim. Çünki onun evində pulsuz yaşayırdım. Nə isə, o, məni hər gün məşq meydançasına aparırdı.
– Benzin üçün pul verirdiniz, ya yox?
– Xeyr, heç nə!

