Rusiya 6,2 trilyon rubl dəyərində korporativ aktivləri uğurla geri qaytarıb.
BEY.AZ xəbər verir ki, bunu baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnev Rusiya Prezidenti Vladimir Putinə bildirib.
O izah edib ki, Russki adasındakı çevik vergi və valyuta tənzimləmələri ilə xüsusi şərtlər bu vəsaitlərin geri qaytarılmasını mümkün edib.
“Xüsusi inzibati rejim 138 şirkət üçün 6,2 trilyon rubl dəyərində aktivlərin Rusiyaya qaytarılmasına kömək etdi”, – Trutnev bildirib.
Cümə axşamı, 3 sentyabrda Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda (ŞİF) mühüm çıxış edəcək. Prezidentin köməkçisi Yuri Uşakovun sözlərinə görə, dövlət başçısının iştirakı ilə plenar iclas forumun mərkəzi tədbiri olacaq.
Müəllif: Tural
