EvXəbərlərRusiya Ermənistanı referendum keçirməyə çağırdı

Rusiya Ermənistanı referendum keçirməyə çağırdı

Published on

spot_img

Rusiyada hesab edirlər ki, Ermənistanın həm Avropa İttifaqına inteqrasiya niyyətini qanunvericilikdə təsbit edib, həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üstünlüklərindən yararlanması qəbuledilməzdir.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Aİİ-yə üzv ölkələrin – Rusiya, Qazaxıstan, Qırğızıstan və Belarus liderləri mayın 29-da Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın mümkün kurs dəyişikliyinin iqtisadi təhlükəsizlik baxımından yarada biləcəyi risklərlə bağlı narahatlıqlarını ifadə ediblər.
Qaluzin bildirib ki, dekabr ayına qədər ekspertlər Ermənistanın Aİİ-də iştirakının dayandırılması halında yarana biləcək iqtisadi və hüquqi nəticələri araşdıracaqlar.
Rusiya rəsmisi xatırladıb ki, Aİİ ölkələri Ermənistanın bu məsələ ilə bağlı yaxın vaxtlarda referendum keçirməsini dəstəkləyiblər. Onun sözlərinə görə, Ermənistan qanunvericiliyinə əsasən ölkənin fövqəlmilli inteqrasiya strukturlarına qoşulması üçün referendum tələb olunur.

“Biz açığı başa düşmürük ki, Ermənistan rəhbərliyi niyə bu vacib məsələ ilə bağlı vətəndaşların mövqeyini öyrənməyə tələsmir”, – deyə o bildirib.

Qaluzin əlavə edib ki, Ermənistan ötən ilin aprelində Avropa İttifaqına qoşulma prosesinin başlanması ilə bağlı qanun qəbul edib və Moskva bunu artıq inteqrasiya prosesinin başlandığını göstərən addım kimi qiymətləndirir.
Diplomat vurğulayıb ki, Ermənistanın hələlik Aİ-yə rəsmi müraciət etməməsi və namizəd statusu almaması prinsipial məsələ deyil: “Əsas məsələ parlament tərəfindən qəbul edilən və prezident tərəfindən imzalanan qanunun mövcudluğu, eləcə də Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində praktik addımlar atmasıdır”.
Adəm

Latest articles

More like this