EvXəbərlərRusiya Ermənistanın qazını kəsir: Tələbatı bu ölkə ödəyəcək

Rusiya Ermənistanın qazını kəsir: Tələbatı bu ölkə ödəyəcək

Published on

spot_img

Rusiyanın Ermənistana təbii qaz nəqli sentyabrın 15-dən 25-dək müvəqqəti dayandırılacaq.
BEY.AZ xəbər verir ki, “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəməri ilə qaz nəqli Rusiyada aparılacaq planlı profilaktik və təmir işləri ilə əlaqədar dayandırılacaq.
Məlumata görə, bu müddətdə Ermənistanda əhali və müəssisələr üçün qaz təchizatında məhdudiyyət tətbiq edilməyəcək. Ölkənin tələbatı daxili ehtiyatlar hesabına qarşılanacaq, həmçinin təmir müddətində İrandan əlavə təbii qaz tədarükü həyata keçiriləcək.
Qaz nəqlinin dayandırılması yalnız Rusiya qazının sözügedən magistral kəmərlə daşınmasına aiddir. İşlərin sentyabrın 25-dək başa çatdırılması planlaşdırılır.

Müəllif: Adəm

Latest articles

More like this