BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya Gürcüstandakı separatçı əraziləri ilhaq edə bilər.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama verib. O bildirib ki, Rusiya Gürcüstanın separatçı bölgələri olan Cənubi Osetiya və Abxaziyanı ilhaq edə bilər.
Medvedev “Arqumentı I faktı” qəzetində dərc olunan məqaləsində qeyd edib ki, Rusiyaya birləşmə ideyası hələ də Abxaziya və Cənubi Osetiya regionlarında çox dəstəklənir. O bildirib ki, yaxşı səbəblər varsa, ilhaq mümkün olacaq.
Qeyd edək ki, Sovet İttifaqının dağılmasından sonra Gürcüstan Abxaziya və Cənubi Osetiyaya nəzarəti itirmişdi.Rusiya 2008-ci ildə bu ərazilərə müdaxilə edərək, müstəqilliyini tanıyıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiya #Gürcüstandakı #əraziləri #ilhaq #edə #bilər

