Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə növbəti hava hücumuna başlayıb.
BEY.AZ xəbər verir ki, şəhərdə güclü partlayış səsləri eşidilib.
Ballistik raketlərlə vurulan Kiyevin bəzi ərazilərində dağıntılar qeydə alınıb.
Xilasedicilər hücumun nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.
Kiyev şəhərinin meri Vitali Kliçko sakinləri sığınacaqlarda qalmağa çağırıb. Hələlik zərərçəkənlər barədə məlumat yoxdur.
