EvXəbərlərRusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı

Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı

Published on

spot_img

Rusiya bu gecə, avqustun 25-də Ukraynanın Odessa vilayətində Moldova ilə sərhəddə yerləşən “Vinogradovka” beynəlxalq avtomobil keçid məntəqəsini “Shahed” tipli hücum PUA-ları ilə vurub.
BEY.AZ xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin Cənub Regional İdarəsi məlumat yayıb.
Hücum nəticəsində keçid məntəqəsinin infrastrukturu zərər görüb və yanğın baş verib. Fövqəladə Hallar Xidmətinin əməkdaşları yanğını lokallaşdırıblar.
Hazırda “Vinogradovka” keçid məntəqəsindən vətəndaşların və nəqliyyat vasitələrinin keçidi dayandırılıb. Hadisə barədə Moldova tərəfinə məlumat verilib. Nəqliyyatın digər sərhəd-keçid məntəqələrinə yönləndirildiyi bildirilir.
Ukrayna sərhədçiləri sərhədi keçməyi planlaşdıran şəxslərdən bu məlumatı nəzərə almalarını xahiş ediblər.

Qeyd edək ki, son günlər Odessa vilayətində Moldova ilə sərhəddəki keçid məntəqələri də PUA hücumlarının hədəfinə çevrilib. Avqustun 21-də “Tabaki” beynəlxalq keçid məntəqəsinin infrastrukturu zərər görüb, yanğınlar baş verib və nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
Akqabay

Latest articles

More like this