Rusiyanın PUA-sının Ukraynanın Sumı şəhərində yerləşən ticarət-əyləncə mərkəzinə endirdiyi zərbə nəticəsində 3 nəfər həyatını itirib.
BEY.AZ xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, PUA hücumu nəticəsində ticarət-əyləncə mərkəzinin ərazisində 3 nəfərin öldüyü müəyyənləşib. Hadisə zamanı daha 2 nəfər xəsarət alıb.
Hazırda hücumun nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir. Hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır.
