EvXəbərlərRusiya Ukrayna qatarını "İsgəndər"lə belə vurdu

Rusiya Ukrayna qatarını “İsgəndər”lə belə vurdu

Published on

spot_img

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətində Silahlı Qüvvələrə məxsus hərbi texnika daşıyan dəmiryol eşelonuna zərbə endirdiyini açıqlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə “Geran” tipli pilotsuz uçuş aparatları ilə qatarın hərəkəti dayandırılıb. Daha sonra isə əməliyyat-taktiki “İsgəndər” raket kompleksi ilə eşelona raket zərbəsi endirilib.
Nazirliyin iddiasına görə, hücumun uğurlu nəticəsi kəşfiyyat pilotsuz aparatının çəkdiyi görüntülərlə təsdiqlənib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukrayna ordusu üçün yük daşıdığı iddia edilən üç quru yük gəmisinin də pilotsuz aparatlarla vurulduğunu açıqlamışdı. Həmin əməliyyatla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, məlumat yalnız Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və Ukrayna tərəfi bu iddiaları hələlik təsdiqləməyib.
Müəllif: Adəm

Latest articles

More like this