EvXəbərlərRusiya Ukraynaya 224 əsirin siyahısını verdi

Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi

Published on

spot_img

Rusiya Ukraynaya 224 nəfəri əsir mübadiləsi çərçivəsində təhvil verməyə hazırdır.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Yana Lantoratova məlumat verib. Lantoratova mümkün mübadilə üçün 224 nəfərin ad-soyadından ibarət siyahı dərc edib.
Onun sözlərinə görə, Moskva Ukrayna əsirliyində olan rusiyalı hərbçilərin geri qaytarılması üçün müxtəlif mübadilə variantlarını nəzərdən keçirir.
Rusiya ombudsmanı bildirib ki, son bir ay ərzində Moskva Kiyevə üç fərqli mübadilə siyahısı təqdim edib. Siyahılara həm hərbçilər, həm də Rusiyada məhkum edilmiş Ukrayna vətəndaşları daxil edilib.
Lantoratovanın iddiasına görə, Kiyev hələlik təklif olunan variantlardan heç birinə razılıq verməyib.

Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets isə Rusiyanın ittihamlarını rədd edib və onları yalan adlandırıb. O, Ukraynanın öz vətəndaşlarını geri qaytarmağa hazır olduğunu bildirib.
Müəllif: Adəm

Latest articles

More like this