EvXəbərlərRusiya XİN bütün ölkələrə və beynəlxalq təşkilatlara nota göndərdi

Rusiya XİN bütün ölkələrə və beynəlxalq təşkilatlara nota göndərdi

Published on

spot_img

Rusiya Xarici İşlər Nazirliyi mayın 9-da Moskvaya hücum olunacağı təqdirdə Kiyevə cavab zərbələri endirəcəyi barədə diplomatik missiyalara və beynəlxalq təşkilatlara nota göndərildiyini bildirib.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
O bildirib ki, Moskvada akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərə Rusiya Müdafiə Nazirliyinin mayın 4-də yaydığı xəbərdarlığın mətni göndərilib.
Notada qeyd olunur ki, Kiyev Moskvaya hücum planlarını həyata keçirəcəyi təqdirdə, Rusiya Silahlı Qüvvələri tərəfindən Kiyevə, o cümlədən qərar qəbulu mərkəzlərinə cavab zərbələrinin endirilməsi qaçınılmaz olacaq.
M.Zaxarovanın sözlərinə görə, bəyanata səbəb mayın 4-də İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada Qələbə Gününün qeyd edilməsini pozmaqla bağlı fikirləri olub. O vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyinin xəbərdarlığı məhz bu təhdidlərə cavab kimi yayılıb.

Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, ölkənin xaricdəki diplomatik nümayəndəlikləri də Moskvanın mövqeyi barədə akkreditə olunduqları ölkələrə və beynəlxalq təşkilatlara əlavə məlumat verirlər.
M.Zaxarova Rusiya tərəfinin bəyanatlarına çox ciddi yanaşmağa çağırıb.

Latest articles

More like this

“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi

“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi

Qalmaqallı oyunçu 29 yaşında öldü

Qalmaqallı oyunçu 29 yaşında öldü