Rusiya Federasiyası Moskvaya təhdid yaradan NATO rəsmilərinin “qaynar başlarını” soyutmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, Rusiyanın Alyans daxilindəki müzakirələrə təsir imkanları ilk növbədə Qərb tərəfdaşlarına çatdırılan xəbərdarlıqlarla bağlıdır:
“Biz Atlantik okeanının hər iki tərəfindəki Qərb opponentlərimizə yaratdıqları risklər barədə xəbərdarlıq edirik. Rusiya bizə qarşı yaranan istənilən təhdidi hərbi-texniki yollarla neytrallaşdırmaqda qərarlıdır”.
Ryabkov vurğulayıb ki, Rusiya tərəfi NATO paytaxtlarındakı “qaynar başları” soyutmaq üçün bu praktikaya mütəmadi olaraq əl atır.
Hüseyn İbadlı
