Kamçatkadakı alimlər yarımadanın şərq sahilləri yaxınlığında, Sakit okeanda baş vermiş 5,5 maqnitudalı zəlzələ qeydə alıblar.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsindən məlumat verilib.
“Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 203 kilometr cənub-şərqdə yerləşib. Ocaq dəniz dibinin altında, 60 kilometr dərinlikdə olub”, – deyə alimlər bildiriblər.
Yaşayış məntəqələrində yeraltı təkanların hiss olunma gücü barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
