EvXəbərlərRusiyanın daha bir hava limanı uçuşları məhdudlaşdırdı

Rusiyanın daha bir hava limanı uçuşları məhdudlaşdırdı

Published on

spot_img

Pskov hava limanında təyyarələrin qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə Rosaviasiya nümayəndəsi Artem Korenyako “Telegram” kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, bu tədbir uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir. Hava limanının fəaliyyətinin dayandırılması barədə paylaşım saat 23:55-də edilib.
Bu gecə oxşar tədbirlər Kostroma hava limanında da görülüb.

Mayın 2-də Pskov, Çerepovets, Yaroslavl, Ufa, Çelyabinsk, Moskva, Perm, Penza, Nijni Novqorod və Yekaterinburq hava limanlarında təyyarələrin qəbulu və yola salınması dayandırılıb.

Hüseyn İbadlı

Latest articles

More like this