EvXəbərlərSəmada 390-dan çox PUA göründü

Səmada 390-dan çox PUA göründü

Published on

spot_img

Rusiyanın paytaxtı Moskva ötən gecə genişmiqyaslı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
BEY.AZ xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, bazar ertəsi saat 20:30-dan çərşənbə axşamı saat 06:30-dək Moskva istiqamətində 390-dan çox PUA hərəkət edib. Onların böyük hissəsinin paytaxta çatmamış hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən zərərsizləşdirildiyi bildirilib.
Sobyanin qeyd edib ki, təkcə Moskva istiqamətində yaxınlaşan 81 PUA məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə gecə ərzində ölkə ərazisi üzərində 356 Ukrayna PUA-sı vurulub. PUA-ların Tula, Ryazan vilayətləri və Azov dənizi akvatoriyası üzərində də məhv edildiyi açıqlanıb.

Adəm

Latest articles

More like this