İsrailin “Rafael” və “SpearUAV” şirkətləri “Iron Wasp” (“Dəmir arı”) zenit dronu vasitəsilə pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirmək üçün yeni sistem hazırlayıblar.
BEY.AZ “MilMag” nəşrinə istinadla xəbər verir ki, bu sistem hava hücumundan müdafiə sahəsində yeni imkanlar vəd edir.
Sistemin əsasını “SpearUAV Viper” modeli əsasında yaradılmış qırıcı dronları buraxmaq üçün boru formalı istiqamətləndiricilərə malik buraxılış qurğusu təşkil edir. Çevik dron dörd elektrik mühərriki və süni intellekt əsasında işləyən hədəf tutma sistemi ilə təchiz olunub və “at-unut” prinsipi ilə fəaliyyət göstərir.
Dronun ön hissəsində manevr edən hədəfləri izləməyə imkan verən hərəkətli kamera quraşdırılıb. Aparat hədəfləri məhv etmək üçün kinetik toqquşmadan deyil, xüsusi döyüş başlığından istifadə edir.
Hüseyn İbadlı
