“Sabah” və “Borussiya” (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda növbəti qol vurulub.
BEY.AZ xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar yenidən hesabda irəli çıxıblar – 2:1.
53-cü dəqiqədə Seru Qirassi dublunu rəsmiləşdirib.
xxx
21:30
“Sabah” və “Borussiya” (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ikinci qol vurulub.
BEY.AZ xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan çempionu hesabı bərabərləşdirib – 1:1.
39-cu dəqiqədə Eyden Makkarti adını tabloya yazdırıb.
xxx
20:57″Sabah” və “Borussiya” (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ilk qol vurulub.
BEY.AZ xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaq komanda hesabda irəli çıxıb – 1:0.
10-cu dəqiqədə Seru Qirassi fərqlənib.
xxx
20:45
“Sabah” və “Borussiya” (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.
BEY.AZ xəbər verir ki, matç Bakı Olimpiya Stadionunda keçirilir.
Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.
