EvXəbərlərŞadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var

Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var

Published on

spot_img

Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
DİN-in Mətbuat Xidmətindən BEY.AZ-a bildirilib ki, ictimai qaydanı pozan 5 nəfər sərxoş vəziyyətdə polis şöbəsinə gətirilib.
Həmin şəxslər ağır dərəcədə sərxoş olduqlarından ilkin mərhələdə dindirilmələri mümkün olmayıb.
Araşdırmalar davam etdirilir.


Bakının Babək prospektində yerləşən “Arzu” şadlıq sarayının qarşısında insident baş verib.

BEY.AZ xəbər verir ki, restorandan çıxan şəxslər arasında hələlik məlum olmayan səbəbdən kütləvi dava düşüb. Hadisə şahidlərin gözü qarşısında cərəyan edib.
İnsidentin təfərrüatları və xəsarət alanların olub-olmaması barədə rəsmi açıqlama yoxdur.Görüntülər “Düz tv” instaqram səhifəsində paylaşılıb. Sözügedən anları təqdim edirik:

Latest articles

More like this