Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina maraqlı davranşı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampın da qatıldığı tədbirdə baş verən atışma zamanı selfi çəkib. Səfir dünyanın danışdığı insidentin baş verdiyi oteldə olması barədə özünün Facebook səhifəsində məlumat yayıb.
Stefanişina hadisəni ABŞ prezidentinə qarşı sui-qəsd cəhdi adlandırıb. O, prezidentin və birinci xanımın sağ-salamat olduğunu qeyd edib.
Ukrayna səfiri yazıb: “Kim ki, ukraynalıların yanındadır, o şanslıdır. Atəş açan otağa girməyə çalışarkən zərərsizləşdirildi”.
Xatırladaq ki, bu gün Donald Tramp Vaşinqtondakı Hilton otelində Ağ Ev Müxbirləri Assosiasiyasının qəbuluna qatılan zaman otelə silahlı hücum baş verdi.
Atışmanı ixtisasca müəllim olan 31 yaşlı Koul Allen adlı şəxs təşkil edib. O, hadisə yerində saxlanılıb və prezident, digər rəsmi şəxslər xəsarət almayıblar. İnsidentdən bir saat sonra Tramp özü mətbuat konfransında hadisə barədə danışıb.
Müəllif: Tural

