EvXəbərlər“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır

“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır

Published on

spot_img

Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində kanatın trosunun qırılması, nəticədə 2 nəfərin yüksəklikdən düşərək həyatını itirməsi ilə bağlı araşdırma başlanılıb.
BEY.AZ xəbər verir ki, faktla bağlı araşdırma Şəki rayon prokurorluğunda aparılır.
18:35
xxx
18:48

Bu gün saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb.

TƏBİB-dən BEY.AZ-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
İlkin məlumata görə, ölüm halı istirahət mərkəzində kanat qırılması nəticəsində baş verib.

Latest articles

More like this