İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbçiləri tərəfindən istifadə edildiyini əsas gətirərək “Epaminondas” adlı gəmini ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, gəmi son altı ay ərzində dəfələrlə ABŞ limanlarına baş çəkib. O, “çoxsaylı dəniz qanun pozuntularına” görə saxlanılıb.
“MarineTraffic” portalının məlumatına görə, gəminin yeri ilə bağlı məlumat iki gündən çoxdur yenilənməyib. O, sonuncu dəfə İranın Kohestak şəhərinin qərbində, Oman körfəzində görülüb.

