İran Silahlı Qüvvələrinin bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi gəmiçilik şirkətlərinə xəbərdarlıq edib.
BEY.AZ xəbər verir ki, o, Hörmüz boğazının cənub marşrutlarından istifadənin təhlükəli olduğunu, həmin ərazinin sularında minaların yerləşdirildiyini bildirib.
“Hörmüz boğazının cənubundakı marşrut minalanıb. Bu istiqamətdə hərəkət etmək sərmayələrinizin məhv olmasına aparan yoldur. ABŞ-ın sizi aldatmasına imkan verməyin”, – o qeyd edib.
