EvXəbərlərSevgi və qayğıya ən çox ehtiyacı olan 5 bürc

Sevgi və qayğıya ən çox ehtiyacı olan 5 bürc

Published on

spot_img

Bəzi bürclər üçün sevgi, diqqət və dəyər görmək emosional ehtiyacdır. Onlar laqeydliyə dözmürlər və diqqətin daim üzərlərində olmasını istəyirlər.
Publika.az həmin bürcləri təqdim edir:
Xərçəng
Bu bürclər emosional təhlükəsizlik axtarır. Buna görə də sevdikləri insanlardan tez-tez diqqət görmək istəyirlər. Barələrində kiçik detalların belə xatırlanması onlar üçün çox vacibdir. Diqqət görmədikdə özlərini enerjisiz hiss edə bilərlər.
Şir

Şirlər daxil olduqları hər hansı bir mühitdə diqqət çəkməyi sevirlər. Sevdikləri insanlar tərəfindən xüsusi hiss edilmək onlar üçün çox dəyərlidir. Münasibətlərdə diqqət çatışmazlığı hiss etdikdə, motivasiyaları azala bilər. Çünki Şir üçün sevgi yalnız sözlə deyil, həm də diqqətlə göstərilməlidir. Kiçik jestlər, xoş sözlər və səmimi maraq onlar üçün çox mənalıdır.
Tərəzi
Tərəzi münasibətlərdə tarazlıq və harmoniya axtarır. Partnyorunun və ya yaxın çevrəsinin diqqəti onları xoşbəxt hiss etdirir. Romantik jestlər, xoş sözlər və incə davranış onlara xoş təsir edir. Diqqət görmədikdə səssizcə inciyə bilərlər. Çünki Tərəzi üçün diqqət sevginin zərif ifadəsidir.

Balıqlar
Bu bürclər səthi diqqətdən çox emosional yaxınlıq gözləyirlər. Onları anlamağa, hisslərinə qayğı göstərməyə və dəstək olduqlarını hiss etdirməyə çalışan insanlarla asanlıqla əlaqə qururlar. Soyuq münasibətlər Balıqları uzaqlaşdıra bilər.
Əkizlər
Əkizlər üçün tez-tez mesaj göndərmək, onlarla söhbət etmək, fikirlərini soruşmaq və uzun vaxt keçirmək vacibdir. Sükut və laqeydlik əkizləri tez bir zamanda bezdirə bilər. Çünki onlar qarşılıqlı marağın canlı və dinamik bir münasibət yaratdığına inanırlar.
Müəllif: Roza

Latest articles

More like this