Şimali Koreya şərq istiqamətində naməlum tipli ballistik raket buraxıb. H
Publika.az xəbər verir ki, hadisə ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmır.
Qeyd edək ki, martın sonunda Şimali Koreyanın ABŞ-ın materik hissəsinə çata bilən qitələrarası raketlər üçün nəzərdə tutulmuş təkmilləşdirilmiş bərk yanacaqlı mühərrikin yerüstü sınaqlarını keçirdiyi bildirilmişdi.
Ötən ilin sentyabrında Kim Çen In Şimali Koreyanın müdafiə elmi və tədqiqatları sahəsində mühüm nailiyyətlər əldə etdiyini və “yeni gizli silah” hazırladığını bəyan etmişdi. Onun sözlərinə görə, Pxenyan dövlətin döyüş potensialının kəskin artmasına böyük töhfə verəcək strateji qüvvələrini və seriyalı silahların xüsusiyyətlərini fasiləsiz olaraq gücləndirir. Daha əvvəl isə Kim Çen In Tramp ilə bağlı xatirələrini bölüşmüşdü.
Hüseyn İhbadlı
