Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərlə söhbət edərkən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ona zəng edib.
BEY.AZ xəbər verir ki, söhbət zamanı o, Türkiyə ilə sərhədlərin açılması və münasibətlərin normallaşdırılması məsələsində müsbət tendensiyaların göz qabağında olduğunu bildirib.
“Armenian News” müxbiri Simonyandan Azərbaycanın COP17-də niyə iştirak etmədiyini soruşub.
Simonyan bildirib ki, Ermənistan da 2019-cu ildə Bakıda keçirilən sammitdə iştirak etməyib:
“Onlar da bizim kimi ölkə daxilində müəyyən məsələləri izah etməkdə çətinlik çəkirlər. Amma bunu münasibətlərə proyeksiya etmək olmaz, heç bir gərginlik yoxdur və gözlənilmir”.
Müəllif: Tural
