EvXəbərlərSükan arxasında yatan sürücünün telefonunu oğurladı

Sükan arxasında yatan sürücünün telefonunu oğurladı

Published on

spot_img

Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, naməlum şəxs gecə saatlarında zərərçəkənin “Chevrolet” markalı avtomobilindən mobil telefonunu talayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı İ.Eynullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənin sükan arxasında yatmasından və maşının qapılarının açıq olmasından sui-istifadə edərək oğurluq əməlini həyata keçirib. Hadisə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

Latest articles

More like this