EvXəbərlərTəbiətin müəmmalı beşinci qüvvəsi ətrafında sahə daralır -

Təbiətin müəmmalı beşinci qüvvəsi ətrafında sahə daralır –

Published on

spot_img

Təbiətin onilliklərdir axtarılan müəmmalı “beşinci qüvvəsi” haqqında yeni ipucları üzə çıxır. Bu, məlum olan dörd fundamental qüvvəyə – qravitasiya, elektromaqnit qarşılıqlı təsiri, zəif və güclü nüvə qüvvələrinə əlavə olunacağı ehtimal edilən nəzəri bir qüvvədir.
BEY.AZ xəbər verir ki, “Physical Review Letters” jurnalında dərc olunan və İtaliyanın Kataniya şəhərindəki Milli Astrofizika İnstitutundan (INAF) Alfio Bonanno və Emiliano Glavianonun apardıqları araşdırma sahəni əhəmiyyətli dərəcədə daraldıb.
Alimlər Eynşteynin nisbilik nəzəriyyəsi ilə kvant mexanikasını birləşdirməyə çalışan kvant qravitasiyası vasitəsilə beşinci qüvvənin bəzi mümkün xüsusiyyətlərini istisna ediblər. Əldə edilən məlumatlar sonsuz dərəcədə kiçik və sonsuz dərəcədə böyük miqyasda baş verən hadisələr arasında mühüm əlaqə yaradır və bu, gələcək eksperimentlərin dizaynına yol göstərəcək.
“Tədqiqatımız göstərir ki, kvant qravitasiyası yalnız ekstremal enerjilərdə keçərli olan bir nəzəriyyə deyil, həm də daha böyük miqyaslarda konkret və yoxlanıla bilən nəticələrə malik ola bilər”, – deyə Glaviano bildirib.
Bonanno isə əlavə edib ki, kvant qravitasiyasının müşahidə edilə bilən hadisələrlə əlaqələndirilməsi çətin olsa da, onlar bu konseptual çətinliyi aşmağa müvəffəq olublar.

Fizikada adətən əvvəlcə yeni qüvvələr ehtimal edilir, daha sonra onların eksperimentlərlə təsdiqlənib-təsdiqlənmədiyi yoxlanılır. Bu araşdırmada isə yanaşma fərqli olub: nəzəriyyənin özü bəzi ehtimalları avtomatik olaraq sıradan çıxarıb. Bu nəticə kvant qravitasiyasını dəqiq ölçmə cihazları vasitəsilə konkret şəkildə sınaqdan keçirmək imkanı yaradır.
Hüseyn İbadlı

Latest articles

More like this