16 avqustdaİngiltərənin Esseks qraflığında keçirilən aviaşou zamanı yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
BEY.AZ xəbər verir ki, hadisə nəticəsində pilot ağır yaralanıb.
Qəza hərbi muzeyin yerləşdiyi tarixi “Stow Maries” aerodromunda baş verib. Tamaşaçılar və ya digər iştirakçılar xəsarət almayıb.
Qəzanın səbəbi araşdırılır.
