EvXəbərlərTərtərdə avtomobil qəzaya düşdü - Körpə öldü

Tərtərdə avtomobil qəzaya düşdü – Körpə öldü

Published on

spot_img

BEY.AZ informasiya agentliyi xəbər verir



Tərtərdə avtomobil qəzaya düşüb, körpə ölüb.

Metbuat.az xəbər verir ki, hadisə Tərtər rayonu, Bəyimsarov kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Süleymanov Kamran Səbiri oğlu idarə etdiyi “VAZ-21723” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman o, nəqliyyat vasitəsini yol kənarında olan betona vurub. Nəticədə maşında sərnişin qismində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov almış olduğu bədən xəsarətlərindən ölüb. Sürücünün anası, 1976-cı il təvəllüdlü Xoşqədəm Süleymanova bud çanaq oynaq nahiyəsinin əzilməsi xəsarəti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Tərtərdə #avtomobil #qəzaya #düşdü #Körpə #öldü

Latest articles

More like this

Bakının bu rayonlarında qaz kəsiləcək

Bakının bu rayonlarında qaz kəsiləcək

FES-dən mühüm qərar

FES-dən mühüm qərar