“Xetafe” İspaniya çempionatının 33-cü turunda səfərdə “Real Sosyedad” üzərində 1:0 hesablı qələbə qazanaraq unikal statistik göstəriciyə imza atıb.
Publika.az xəbər verir ki, uyunun yeganə qolu 29-cu dəqiqədə Con Qorrotksateqi tərəfindən avtoqol kimi qeydə alınıb. Qonaq komanda matç ərzində qapıya bircə dəfə dəqiq zərbə endirə bilməyib və ümumilikdə cəmi 5 qeyri-dəqiq cəhdlə kifayətlənib.
Meydan sahibləri isə 13 zərbə vurub, onlardan 4-ü qapıya istiqamətlənib, lakin hesabı dəyişmək mümkün olmayıb.
Bu qələbə “Xetafe” tarixində La Liqada ilk dəfə olaraq qapıya bir dənə dəqiq zərbə vurmadan qazanılan qələbə kimi tarixə düşüb.
