EvXəbərlərTehranda hava hücumundan müdafiə sistemləri işə düşdü

Tehranda hava hücumundan müdafiə sistemləri işə düşdü

Published on

spot_img

İranın paytaxtı Tehranın qərb hissəsində dəhşətli partlayış səsləri eşidilib.
Publika.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
Şahidlərin verdiyi məlumata əsasən, səslərdən dərhal sonra şəhərin hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və bir neçə dəqiqə ərzində davamlı müdafiə əməliyyatı həyata keçirilib.
İlkin xəbərlərdə qeyd olunub ki, müdafiə batareyaları şəhər səmasında aşkarlanan naməlum kiçik dronları hədəf alıb.
Hazırda rəsmi dairələr Tehranda hər hansı ciddi dağıntı və ya raket zərbəsinin olmadığını, eşidilən səslərin isə zenit-raket komplekslərinin atəşi olduğunu bildirirlər.

Eyni zamanda, ölkənin cənubunda, xüsusilə Hörmüz boğazı və Bəndər-Abbas istiqamətində də hərbi gərginliyin artdığı və qarşılıqlı zərbələrin endirildiyi xəbər verilir.
Hüseyn İbadlı

Latest articles

More like this