Müğənni Teylor Svift toyu üçün Elizabet Teylorun geyimindən ilhamlanıb.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Teylor Svift mərasim üçün vintaş üslubunda don seçib.
“O, çəkilişlər zamanı Elizabet Teylorun köhnə fotolarını nəzərdən keçirməyə xeyli vaxt ayırıb. Buna görə də gəlinlik donu haqqında düşünməyə başlayanda internetdə onun köhnə libaslarını axtarmağa qərar verib. Onun üslubunu çox bəyənir, ona görə də ola bilsin ki, onun zinət əşyalarından birini taxsın. Nikah masasına doğru gedərkən daha kiçik bir şey seçə bilər, lakin bunun üçün onun varisləri ilə məsləhətləşməlidir”, – nəşrin insayderi bildirib.
Ötən ilin avqust ayında futbolçu Trevis Kelsi və müğənni Teylor Svift nişanlandıqlarını elan ediblər. Cütlük sosial şəbəkələrdə qucaqlaşdıqları və əl-ələ tutduqları fotolarını paylaşıb. Futbolçu sevgilisinə “Artifex Fine Jewelry” zərgərlik salonunda dizayner Kayndred Lubek ilə birgə hazırladığı üzüyü hədiyyə edib. İdmançı qızıl halqa üzərində köhnə kəsimli brilyantla bəzədilmiş bir bəzək əşyası seçib.
Sviftin Amerika futbolu ulduzu Kelsi ilə eşq yaşaması barədə xəbərlər ilk mətbuata 2023-cü ildə çıxmışdı. Şayiələr məşhurların fotoqraflar tərəfindən bir neçə dəfə birlikdə görüntülənməsindən sonra yayılmışdı. Bundan əlavə, amerikalı müğənni NFL ulduzunun oyunlarını da izləyirdi.
Hüseyn İbadlı
