EvXəbərlər“Tottenhem” “Liverpul”un hücumçusu üçün hərəkətə keçdi

“Tottenhem” “Liverpul”un hücumçusu üçün hərəkətə keçdi

Published on

spot_img

“Tottenhem” “Liverpul” və Niderland millisinin hücumçusu Kodi Qakponun transferi üzərində işə başlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə insayder Qraham Beyli məlumat verib.
Onun sözlərinə görə, “Tottenhem” artıq Qakponun ətrafı ilə danışıqlar aparıb və oyunçunun özü London klubuna keçməyə açıqdır. Problem ondadır ki, “Liverpul” oyunçusunu satmaq istəmir.
Ötən yay Qakpo “Liverpul”la müqaviləsini 2030-cu ilə qədər uzatdı. 27 yaşlı futbolçunun hazırda dəyəri 60 milyon avrodur. Ötən mövsüm o, “Liverpul”un heyətində bütün turnirlərdə 52 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Tottenhem” hazırda hücum xəttini gücləndirməyə çalışır. London klubunun “Barselona”nın hücumçusu Ferran Torreslə maraqlandığı barədə əvvəllər məlumat yayılmışdı.

Latest articles

More like this