EvXəbərlərTramp 250 nəfəri əfv edə bilər

Tramp 250 nəfəri əfv edə bilər

Published on

spot_img

ABŞ administrasiyası Prezident Donald Tramp tərəfindən 250 nəfərin əfv edilməsi imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən yazıb.
Nəşr bildirir ki, belə bir addımın Birləşmiş Ştatların qurulmasının 250 illiyinə həsr olunması gözlənilir.
Məlumata görə, müvafiq plan üzərində iş hələlik ilkin mərhələdədir.
“WSJ” yazır ki, əfvlər barədə elan 4 iyul – ABŞ-nin Müstəqillik Günündə, yaxud 14 iyun – Amerika Prezidentinin ad günü ilə üst-üstə düşən Bayraq Günündə verilə bilər. Bu məsələ üzrə yekun qərar Trampın ixtiyarındadır.

Qeyd edək ki, Tramp özünün ikinci prezidentlik müddətində artıq 1 600-ə yaxın əfv imzalayıb. Bu isə ABŞ prezidentləri arasında rekord göstəricidir
Ağ Ev nümayəndələrinin bir hissəsi bu təşəbbüsə qarşıdır. Trampın əfv siyasəti artıq həm demokratlar, həm də respublikaçılar tərəfindən tənqid edilib.

Latest articles

More like this

“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi

“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi

Qalmaqallı oyunçu 29 yaşında öldü

Qalmaqallı oyunçu 29 yaşında öldü