Adam Telle istefa vermiş Den Driskollun əvəzinə ABŞ Quru Qoşunları nazirinin səlahiyyətlərini icra edən təyin olunub.
BEY.AZ xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində məlumat verib.
“Mən bildirməkdən şadam ki, hazırda Quru Qoşunları nazirinin mülki tikinti üzrə köməkçisi vəzifəsini tutan Adam Telle bu andan etibarən Quru Qoşunları nazirinin səlahiyyətlərini icra edən olur”, — deyə o yazıb.
Sentyabrın 1-də “The Wall Street Journal” qəzeti Driskollun Trampa istefa ərizəsi təqdim etdiyini bildirmişdi. Nəşrin məlumatına görə, nazirin bu qərarı Pentaqon rəhbəri Pit Heqsetlə bir neçə ay davam edən gərgin münasibətlərdən sonra qəbul edilib. Fikir ayrılıqları Quru Qoşunlarının kursu və yüksəkrütbəli hərbçilərlə bağlı kadr qərarları ilə əlaqədar olub.
Avqustun 27-də “The Hill” qəzeti mənbələrə istinadla yazmışdı ki, Heqset öz mətbuat katibi Şon Parnelli Driskollun ehtimal edilən xələfi kimi nəzərdən keçirir.
Hüseyn İbadlı
