Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Avropa İttifaqına qarşı hədə-qorxu dolu bəyanatla çıxış edib.
Publika.az xəbər verir ki, o, müvafiq paylaşımı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə danışığından sonra “Truth Social” sosial şəbəkəsində yayımlayıb.
Amerika lideri bildirib ki, əgər Avropa İttifaqı iyulun 4-nə qədər ABŞ məhsullarına tətbiq edilən rüsumları sıfırlamazsa, o, Avropa mallarına olan rüsumları dərhal artırmağa məcbur olacaq.
Tramp qeyd edib ki, Avropa İttifaqının razılaşmanın öz üzərinə düşən hissəsini yerinə yetirəcəyi və tarifləri ləğv edəcəyi barədə vəd verilmişdi. O, ölkəsinin 250 illik yubileyini qeyd edəcəyi tarixə qədər Ursula fon der Lyayenə vaxt verməyə razılaşdığını, əks halda tariflərin təəssüf ki, daha yüksək səviyyələrə qaldırılacağını yazıb.
Hüseyn İbadlı

