ABŞ Prezidenti Donald Tramp İrlandiya viskisinə tətbiq olunan gömrük rüsumlarını ləğv etmək niyyətində olduğunu açıqlayıb.
BEY.AZ xəbər verir ki, Tramp bu barədə İrlandiyada yerləşən qolf klubunda çıxışı zamanı danışıb.
ABŞ lideri İrlandiya viskisinə tətbiq edilən tariflərin aradan qaldırılması ilə bağlı ona müraciət edildiyini bildirib.
“Mən bu rüsumları ləğv etmək niyyətində olduğumu bəyan edirəm”, – ABŞ Prezidenti qeyd edib.
