EvXəbərlərTramp ETİRAZ ETDİ - “Norveçdə nəsə qaydasında deyil”

Tramp ETİRAZ ETDİ – “Norveçdə nəsə qaydasında deyil”

Published on

spot_img

ABŞ Prezidenti Donald Tramp Nobel mükafatına layiq görülməməsindən narazılığını ifadə edib.
BEY.AZ xəbər verir ki, o, bu barədə brifinq zamanı danışıb.
Dövlət başçısı çoxsaylı hadisələrin qarşısını aldığını və səkkiz müharibəni dayandırdığını xatırladıb.
“Onlar (Norveç Nobel Komitəsinin üzvləri) heç kimin heç vaxt eşitmədiyi bir şəxsə Nobel mükafatı verdilər. Norveçdə nəsə qaydasında deyil”, — deyə lider fikrini yekunlaşdırıb.
Bir gün əvvəl Nobel Sülh Mükafatına BMT-nin insan hüquqları üzrə keçmiş ali komissarı Navanethem “Navi” Pillay layiq görülüb. O, beynəlxalq hüququn möhkəmləndirilməsi və sülhə töhfə verilməsi istiqamətindəki səylərinə görə mükafat alacaq.

Nobel Sülh Mükafatı İsveçli ixtiraçı və sahibkar Alfred Nobelin vəsiyyətinə əsasən təsis edilib. Mükafat hər il sülhün möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi sahəsində göstərilən müstəsna xidmətlərə görə verilir. Mükafatın təqdim olunması barədə qərarı Norveç parlamentinin təyin etdiyi beş üzvdən ibarət Norveç Nobel Komitəsi qəbul edir.
Daha əvvəl Nobel Komitəsi Sülh Mükafatı laureatı ilə telefon əlaqəsi yarada bilməyib.
Hüseyn İbadlı

Latest articles

More like this