EvXəbərlərTramp gizli silahdan danışdı: "Ətrafa vızıltı səsi yayır"

Tramp gizli silahdan danışdı: “Ətrafa vızıltı səsi yayır”

Published on

spot_img

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə “The Discombobulator” adlı məxfi Amerika silahı barədə danışıb.
Publika.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.
Onun sözlərinə görə, bu silahın Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi zamanı tətbiq edilib.
Tramp bildirib ki, “The Discombobulator” işə düşərkən ətrafa vızıltı səsi yayır.
Ağ Evdəki brifinq zamanı Tramp insanların yuxarıdan gələn qəribə bir vızıltı səsi eşitdiklərini izah edib. O, həmçinin əlavə edib ki, bu vasitədən istifadə etməyə çalışanlar (ehtimal ki, qarşı tərəfin qüvvələri) düymələrə bassalar da, heç bir nəticə alınmayıb.

Qeyd edək ki, Tramp daha əvvəl də bu qeyri-adi silahın Maduronun qaçırılması zamanı istifadə edildiyini söyləmişdi. Silahın adını ABŞ prezidenti özü qoyub.
Hüseyn İbadlı

Latest articles

More like this