EvXəbərlərTramp İrana görə mətbuatı ittiham etdi: Tehranı tərk etsələr də...

Tramp İrana görə mətbuatı ittiham etdi: Tehranı tərk etsələr də…

Published on

spot_img

ABŞ prezidenti Donald Tramp bir daha bir sıra böyük Amerika media qurumlarını İran münaqişəsi ilə bağlı hadisələri qərəzli şəkildə işıqlandırmaqda ittiham edib.
Publika.az xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsində yazıb: “İran təslim olsa belə, donanmasının batdığını etiraf etsə, hava qüvvələri məhv edilsə belə, bütün qoşunları Tehranı tərk etsə, silahlarını yerə qoyub təslim olsa belə, uğursuzluğa düçar olan “New York Times”, “China Street Journal”, korrupsiyalaşmış və nüfuzdan düşmüş CNN və digər saxta xəbər agentlikləri yenə də İranın ABŞ üzərində parlaq qələbə qazandığını iddia edəcəklər”.
Eyni zamanda, Amerika mediası Trampın “Wall Street Journal” adı əvəzinə “China Street Journal” yazdığını qeyd edərək onun Çinə daha yaxın olduğunu vurğulayıb.
Tramp həmçinin Demokrat siyasətçiləri ABŞ-ın İrana qarşı əməliyyatını uğurlu adlandırmaq istəmədiklərinə görə tənqid edib.

Müəllif: Tural

Latest articles

Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

More like this