Tehran tezliklə Vaşinqtonla müqavilə imzalamasa, Amerika ordusu İrana qarşı daha güclü zərbələr endirəcək .
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “TruthSocial”dkı hesabında yazıb.
“Bu gün onları yenidən vururuq və əgər tez bir zamanda müqavilə imzalamasalar, onları daha sərt və sərt şəkildə vuracağıq”, – o yazıb.
Mayın 8-i gecəsi Fox News müxbiri Jennifer Griffin İrandakı yüksək vəzifəli ABŞ rəsmisinə istinadən ABŞ-ın İranın Qeşm adasına və Bəndər Abbas limanına hərbi hücum etdiyini bildirib . Tramp atəşkəsin qüvvədə qalacağına inandığını bildirib.
Hüseyn İbadlı

