ABŞ lideri Donald Tramp Maskatın Hürmüz boğazından gəmiçiliyin idarə olunmasına dair Tehranla saziş bağlamağa hazırlaşması səbəbindən Omanı zərbə endirməklə hədələyir.
BEY.AZ xəbər verir ki, bu barədə iki regional rəsmiyə istinadla “Associated Press” məlumat yayıb.
“Regional rəsmilər bildiriblər ki, yeni saziş gəmilərin Fars körfəzinə İranın nəzarət etdiyi marşrutla daxil olmasını, Omanın nəzarət etdiyi marşrutla isə çıxmasını nəzərdə tutur”, – deyə materialda bildirilir.
Qeyd edilib ki, ABŞ Prezidenti bundan narazı qalıb.
Vurğulanıb ki, ABŞ hakimiyyəti artıq Omana sazişin bəzi müddəalarına, o cümlədən marşrutun İran-Oman birgə idarəçiliyinə qarşı çıxdığını bildirib.
Bir qədər əvvəl Tramp Maskatın Hürmüz boğazına nəzarət məsələsində Vaşinqtonun yolunda duracağı təqdirdə ABŞ-ın Omana zərbələr endirə biləcəyini bəyan etmişdi. Bundan sonra Konqresdəki demokratlar ABŞ liderinin hərbi səlahiyyətlərini məhdudlaşdırmaq üçün yeni cəhdlər göstərmək istəyiblər.
Hüseyn İbadlı
