EvXəbərlərTramp İranla yalnız bu halda anlaşa bilər

Tramp İranla yalnız bu halda anlaşa bilər

Published on

spot_img

ABŞ lideri Donald Tramp bəyan edib ki, ABŞ İranla sülh müqaviləsini yalnız yaxşı hesab edilə biləcəyi təqdirdə imzalayacaq
Publika.az xəbər verir ki, “C-Span” portalında yerləşdirilən çıxışında Tramp yalnız yaxşı bir razılaşmaya imza atacaqlarını vurğulayıb.
O əlavə edib ki, Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşü çərçivəsində İran ətrafındakı vəziyyəti ətraflı müzakirə etməyi planlaşdırır. Tramp bu mövzu ilə bağlı Çin lideri ilə uzunmüddətli söhbətinin olacağını ehtimal edir. ABŞ Prezidenti həmçinin Çinə səfərinin müsbət nəticələr verəcəyinə və çox maraqlı keçəcəyinə ümid etdiyini bildirib.
Tramp mayın 14-15-də Pekinə səfər edərək Si Cinpin ilə danışıqlar aparacaq. Əslində bu səfər martın 31-dən aprelin 2-nə qədər olan müddət üçün nəzərdə tutulsa da, İran ətrafındakı vəziyyətlə əlaqədar təxirə salınmışdı.

Hüseyn İbadlı

Latest articles

More like this