ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirib.
BEY.AZ xəbər verir ki, Tramp jurnalistin belə bir görüşə razılıq verib-vermədiyi barədə sualını cavablandırarkən deyib.
“Belə bir görüş keçirərdim. Biz nüvə silahları və nüvəsizləşdirmə məsələlərini müzakirə etmək üçün bir araya gələ bilərik”,-deyə Tramp qeyd edib.
