EvXəbərlərTramp rəqiblərini “super silah”la HƏDƏLƏDİ

Tramp rəqiblərini “super silah”la HƏDƏLƏDİ

Published on

spot_img

ABŞ Prezidenti Donald Tramp rəqiblərinə qarşı gizli “diskobombulyator” silahından istifadə edəcəyini bəyan edib.
BEY.AZ xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Trampın paylaşdığı şəkildə “Sizi diskobombulyasiya edəcəklər” ifadəsi yer alıb”, — deyə xəbərdə qeyd olunur.
ABŞ lideri sözügedən şəkildə təyyarədaşıyan gəminin üzərində dayanaraq binoklla ABŞ bayrağı altında üzən gəmilərə və qırıcılara baxır. Prezident mesajının konkret olaraq kimə ünvanlandığını açıqlamayıb.

İyunun əvvəlində ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Qərb yarımkürəsindəki hər bir ölkə üçün Birləşmiş Ştatlar ya ən böyük dost, ya da ən qorxulu düşmən ola bilər.

Hüseyn İbadlı

Latest articles

More like this