Ağ Evin Müxbirlər Assosiasiyasının şam yeməyi zamanı zalda eşidilən qəribə səslərdən sonra ABŞ Prezidenti Donald Tramp təcili olaraq tədbirdən uzaqlaşdırılıb.
Publika.az-ın tədbirin yayımına istinadla verdiyi məlumata görə, bir neçə kəskin şaqqıltı səsindən sonra görüş yarımçıq kəsilib və iştirakçılardan zalı tərk etmək xahiş olunub.
Hadisə anında məxfi xidmət agentləri silahlı şəkildə Trampın olduğu səhnəyə çıxaraq prezidenti təxliyə ediblər. Hazırda Trampın mətbuat xidməti hadisə ilə bağlı rəsmi şərh verməyib.
Xatırladaq ki, martın 4-də Pentaqon rəhbəri Pit Heqset Trampa qarşı sui-qəsd cəhdinin təşkilatçısı olduğu iddia edilən iranlı komandirin zərərsizləşdirildiyini açıqlamışdı. Ağ Evin mətbuat katibi Kerolayn Levitt də sui-qəsd planlaşdıran şəxsin məh edildiyini təsdiqləmişdi.
Hüseyn İbadlı

