ABŞ Prezidenti Donald Tramp Türkiyədə keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.
BEY.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksəkvəzifəli ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Trampın Putinlə danışığı Zelenski ilə görüşdən sonra baş tuta bilər.
Qeyd edək ki, bundan əvvəl “CNN” Ağ Evə istinadla ABŞ Prezidentinin NATO sammiti çərçivəsində Volodimir Zelenski ilə ikitərəfli görüş keçirəcəyini bildirmişdi.
Ağ Ev liderinin Ankarada Suriya Prezidenti Əhməd Əl Şaraa ilə də görüşü planlaşdırılır.
