EvXəbərlərTrampın ətrafı narahatdır - ABŞ Tayvanla bağlı nə planlaşdırır?

Trampın ətrafı narahatdır – ABŞ Tayvanla bağlı nə planlaşdırır?

Published on

spot_img

ABŞ Tayvan məsələsində status-kvonun qorunmasını və regionda sabitliyin təmin olunmasını gözləyir.
Publika.az “ABC News” telekanalına istinadla xəbər verir ki, bunu ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bəyan edib.
“Ən vacib məqam Tayvan boğazında status-kvonun dəyişməməsidir. Prezident Donald Tramp da açıq şəkildə bildirdi ki, Amerikanın Tayvanla bağlı yanaşmasında heç bir dəyişiklik yoxdur. Biz vəziyyətin sabit qalacağını gözləyirik”, – deyə o vurğulayıb.
Daha əvvəl “Axios” portalı öz mənbələrinə istinadən xəbər verib ki, Trampın ətrafı Çin Xalq Respublikasının Tayvana mümkün müdaxiləsindən narahatdır.

Hüseyn İbadlı

Latest articles

More like this